Bakı şəhərinin Yasamal rayonu ərazisində gənc oğlandan 6 kiloqram civə götürülüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbə sakini 1991-ci il təvəllüdlü German Ruslan Davidoviç şübhəli şəxs qismində saxlanılıb. 22 yaşlı oğlanın çantasına baxış keçirilərkən oradan şüşə qabın içərisində 6 kiloqram satışı və gəzdirilməsi qadağan edilmiş civə maddəsi aşkarlanıb.
Fakt üzrə Yasamal RPİ-də araşdırmalar başlanılıb. R.Germanın civəni hansı məqsədlə alması, daşıması və s. hələlik məlum deyil.