Bakıda 20 ev talamış qadın tutuldu
06 noyabr 2015 23:16 (UTC +04:00)

Bakıda 20 ev talamış qadın tutuldu

0

Bakının Yasamal rayonunda mənzillərdən silsilə oğurluqlar etmiş qadın tutulub. APA TV-nin məlumatına görə, 2-ci Alatava qəsəbəsindəki 108 saylı evdə yaşayan Ağayev Xalid Babacan oğlu  oktyabrın 25-də Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gecə naməlum şəxslərin gecə yaşadığı evə daxil olmaqla xeyli miqdarda pul və zinət əşyalarını oğurladığını bildirib.

 

29-cu polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini, 1991-ci il təvəllüdlü Musayeva İranə Məmməd qızı saxlanılaraq Yasamal RPİ-nə təqdim edilib.

 

Saxlanılan zaman onun üzərindən həmin evdən oğurladığı əşyalar aşkar edilərək götürülüb. 

 

Yasamal RPİ-nin müstəntiqi Xaqani Cəfərovun APA-ya verdiyi məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində 20-ə yaxın evə qanunsuz daxil olmaqla vətəndaşlara məxsus əmlakı  talayıb.

 

Faktla bağlı cinayət işi başlanılıb. İranə Musayevanın Bakının Yasamal və digər rayonlarında başqa cinayətlər törədib-törətmədiyinin aydınlaşdırılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar