Bakıda 18 yaşlı oğlan internet klubda ölüb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Yüzbəy Mürsəlov- 5 ünvanın da yerləşən internet klubda qeydə alınıb.
1996-cı il təvəllüdlü Bakı şəhər sakini Timur Sadıq oğlu Hacıəliyev internet klubda naməlum şəraitdə vəfat edib.
İlkin araşdırmalara görə, T. Hacıəliyev ürək tutmasından dünyasını dəyişib.