Bakıda dəm qazından ölüm hadisəsi baş verib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Badamdar qəsəbəsi, 10-cu Badamdar küçəsi ev 5 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Məmmədova Asiya Axangil qızı mənzilin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.