Bakıda yeniyetmə qız itkin düşüb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini 15 yaşlı Əhmədzadə Mina Ağali qızı iki gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
M.Əhmədzadə evdən çıxarkən atasına deyib ki, rəfiqəsindən kitab almağa gedir.
İtkin düşmüş qızın xarakterik əlamətləri qeyd olunub. Axtarışlar davam etdirilir.