Bakıda yeniyetmələrdən ibarət cinayətkar dəstə ifşa olunub. Lent.az-ın məlumatına görə, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də 17 yaşlı Kənan Xaniyevin və Kənan Dadaşlının paltarlarını və mobil telefonlarını oğurlamış 3 nəfər müəyyən edilərək saxlanılıb. Məlum olub ki, oğurluğu 12 yaşlı uşqlardan ibarət dəstə həyata keçirib. Hər 3 şəxs: Bakı şəhər sakinləri Rasim Cavadov, Nikita Tolubiyev və Yevlax rayon sakini Ülvi Qurbanov saxlanılıb.
Bildirilir ki, yeniyetmələr əsasən Şıxov çimərliyindəoğurluqla mışğul olurmuş. Araşdırmalar davam etdirilir.