İki qadını avtomobil vurdu: <span style="color:red;">1 ölü, 1 yaralı
12 yanvar 2016 13:12 (UTC +04:00)

İki qadını avtomobil vurdu: 1 ölü, 1 yaralı

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunda Bakı şəhər sakini Anar Bağırov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ələt qəsəbə sakini Həqiqət Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.

 

 

Oxşar hadisə Qaradağ rayonundada baş verib. Yanvarın 11-də saat 07 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Alim İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mətanət Səmədovanı vurub və o, xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143

Oxşar yazılar