Bakı Şəhər İcra Hakimiyyəti və “Azərsu” məhkəməyə verildi
21 may 2014 13:01 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti və “Azərsu” məhkəməyə verildi

0

Bakı Şəhər İcra Hakimiyyəti və “Azərsu” Səhmdar Cəmiyyəti məhkəməyə verilib. Lent.az-ın məlumatına görə, bu barədə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin rəsmi saytında yerləşdirilib.

Belə ki “Bakı Mərkəzi Bazar” MMC tərəfindən aktın ləğv edilməsi ilə bağlı “Azərsu” məhkəməyə verilib. Məhkəmə baxışı mayın 27-də keçiriləcək.

BŞİH ilə bağlı isə “Dostluq İnşaatçı” Müəssisəsi tərəfindən məhkəməyə müraciət edilib. Meriyanın məhkəməyə verilməsinin səbəbi müqavilənin ləğv edilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1409

Oxşar yazılar