Bakı sakinini maşınında öldürən şəxsin məhkəmə istintaqı bitib
07 iyun 2016 13:20 (UTC +04:00)

Bakı sakinini maşınında öldürən şəxsin məhkəmə istintaqı bitib

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və quldurluqda təqsirləndirilən Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatdığı bildirilib. Dövlət ittihamçısı çıxış üçüb vaxt istəyib.

 

Məhkəmə iyunun 14-də davam edəcək.

 

Qeyd edək ki, keçən il avqustun 2-də, saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

 

Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bu hadisədən bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.

 

Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar