Bərdədə 39 yaşlı kişi intihara cəhd edib. Lent.az-ın məlumatına görə, bu gün Bakı şəhəri Yasamal rayon Şərifzadə küçəsində yaşayan 1976-cı il təvəllüdlü Məmmədov Azər Salman oğlu Bərdə rayonu “Qarabağ” qəsəbəsində yaşayan atası Salman Məmmədova məxsus evdə özünü güllələyib.
O, təklülə ov tüfəngi ilə sol döş qəfəsi nahiyəsinə 1 dəfə atəş açıb. Yaxınları A.Məmmədovu ağır vəziyyətdə Bərdə mərkəzi rayon Xəstəxanasına yerləşdirib.