Bakı metrosunda faciəvi hadisə: <span style="color:red;">ölən var
11 dekabr 2014 11:24 (UTC +04:00)

Bakı metrosunda faciəvi hadisə: ölən var

Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında ölüm hadisəsi olub. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən 4 saylı təcili tibbi yardım stansiyasına stansiyada 55-60 yaşlı qadının halının kəskin pisləşməsi ilə bağlı müraciət daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. İlkin müayinədən sonra qadının vəfat etdiyi məlum olub.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, dünyasını dəyişən qadın Bakı Metropolitenini əməkdaşıdır.

 

Qadının ölüm səbəbi hələlik tam dəqiqləşməyib. Faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev APA TV-yə bildirib ki, hadisə ötən gün saat 16.12-də qeydə alınıb. Metropolitenin laborantı, 1952-ci il təvəllüdlü Həlimə Əliyevanın halı qəflətən pisləşib və o, dünyasını dəyişib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 69
avatar

Nizam Rza

Oxşar yazılar