Metroda qatar yoluna yıxılan sərnişinin kimliyi bilinib.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu, 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır: "Qadın qatar yoluna "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız xanımı stansiya yolundan çıxarıblar. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibbi yardıb çağırılıb. Bu məlumatı da həmin qadın özü verib. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb".
***
13:08
Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a bildirib ki, hadisə qatar olmayan vaxt baş verib: “Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız”.
Qeyd edək ki, relslərin üstünə yıxılan yaşlı qadındır.