Bu gün gunorta saatlarında metronun "Gənclik" stansiyasında baş verən hadisə intihara cəhd olmayıb.
"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin Lent.az-a verdiyi xəbərə görə, Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmadığını, xəstəlik səbəbindən başının fırlandığını və yıxıldığını bildirib: "O, polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirrib".
***
14:18
Bakı metrosunun "Gənclik" stansiyasında həyəcanlı anlar yaşanıb.
Metropolitenin mətbuat katibi Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, saat 13:45-də Bakı şəhər sakini Zülfüqarov Elvin Əli oğlu yanındakı dostu ilə mübahisə edib və özünü relslərin üstünə atıb. Xoşbəxtlikdən həmin vaxt stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları onu təcili oradan çıxardıblar.
E. Zülfüqarov xəsarət almayıb.