Nizami rayonunda 24 yaşlı qızı qatar vurub. APA-nın məlumatına görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 24 yaşlı Çinarə Sadıqovanı Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar vurub. Yaralı hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər əməliyyat olunan Çinarə Sadıqovanın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Hadisə yerində polis əməkdaşları ölçülər götürüb müayinələr aparıblar.
Faktla əlaqədar Nizami rayon Xətt Polis Şöbəsində araşdırmalar aparılır.