Bakı-Qazax yolunda <span style="color:red;">DƏHŞƏT:  1 ailədə 3 nəfər öldü - <span style="color:red;">YENİLƏNİB
31 iyul 2018 20:50 (UTC +04:00)

Bakı-Qazax yolunda DƏHŞƏT: 1 ailədə 3 nəfər öldü - YENİLƏNİB

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

 

Bakı-Qazax avtomobil yolunda BMW markalı minik avtomobilinin KamAZ markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində BMW sürücüsünün həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu ölüb.  

 

Qəza nəticəsində 1975-ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar.

 

Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.

 

Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmış. Onların hamısının yaxın qohum olduğu bildirilir.

 

 

**** 19.53

 

Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun , rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.

 

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

 

Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub.

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

APA Baycan

Oxşar yazılar