Bakı-Qazax magistralında dəhşətli qəza: <span style="color:red;">ölənlər var  - <span style="color:red;">YENİLƏNİB
10 aprel 2014 12:47 (UTC +04:00)

Bakı-Qazax magistralında dəhşətli qəza: ölənlər var - YENİLƏNİB

Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Tol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə Qazax rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Qazax rayon Çaylı kənd sakini, polis nəfəri Şəmistan Bənnayev idarə etdiyi "VAZ 21012" markalı avtomobillə kəndə dönərkən, Ağstafa rayon sakini Zeynal Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin dediyinə görə, qəza o qədər şiddətli olub ki, avtomobillər magistraldan bir neçə metr kənara düşüblər. Məlumata görə, qəza zamanı “VAZ 21012”-nin sürücüsü, polis nəfəri Şəmistan Bənnayev və “Mercedes”də olan sərnişin Akif Həsənov dünyasını dəyişib. “VAZ 21012”-də olan daha bir polis nəfəri Elcan Rzayev və “Mercedes”in sürücüsü Zeynal Həsənov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

# 2433
avatar

Oxşar yazılar