Badamdarda qadının evinin hamamına soxuldular
01 fevral 2015 11:28 (UTC +04:00)

Badamdarda qadının evinin hamamına soxuldular

Bakıda qadının evindən oğurluq olub. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən Badamdar qəsəbə sakini, 1950-ci il təvəllüdlü Əkbərova Kifayət Xəlil qızı bildirib ki, naməlum şəxs və ya şəxslər onun evinin həyətindəki hamamdan kombi qurğusunu, elektrik tənzimləyicini və digər avadanlıqları oğurlayıb.

 

Şikayətçi əlavə edib ki, hadisə yanvarın 23-də, onun evdə olmadığı müddətdə baş verə bilər.

 
Müraciət əsasında araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 123
avatar

Oxşar yazılar