Babək prospektində su sızması baş verdi
Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib. Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.
Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
737