Azərbaycanlı tələbə Ukraynada göldə boğuldu
26 may 2014 17:25 (UTC +04:00)

Azərbaycanlı tələbə Ukraynada göldə boğuldu

Ukraynanın Xarkov şəhərində azərbaycanlı tələbə faciəli şəkildə ölüb.


 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya bildirib ki, bu, 1995-ci il təvəllüdlü, Gəncə şəhər sakini Məmmədov Əli Sənan oğludur.

 

Ə. Məmmədov Xarkov Milli Universitetinin I kurs tələbəsi olub. Mayın 24-ü axşam saatlarına yaxın şəhər yaxınlığındakı göllərdən birinə tələbə yoldaşı ilə çimməyə gedən Ə. Məmmədov göldə boğulub. Bir neçə saatdan sonra onun meyitini xilasedicilər göldən tapıblar.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır və tələbənin meyiti müvafiq ekspertizadan sonra bu günlərdə Azərbaycana yola salınacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1730
avatar

Oxşar yazılar