“Dünəndən depressiyadayam. Bəlkə kiminsə mənimlə intriqası, prinsipi var, deyə bilmərəm. Amma haqqımda yayılan məlumatlar yalandır”.
Bunu Lent.az-a açıqlamasında Bakıdakı gecə klublarının birində zorakılığa məruz qaldığı deyilən model Aynur Şeydayeva bildirib.
“Kimsə mənə qarşı qara piar aparır. Mən daima bu kluba gedirəm. Oranın və mənim adımın hallanmağı mənfi haldır. Orada heç bir döyülmə olmayıb. Bu, yalandır. Bəziləri deyir ki, Aynur bu tip xəbərlərdən öz reklamı üçün istifadə edir. Belə reklam olmur. Həyatım boyu istəmərəm ki, belə reklamım olsun” deyə model bildirib.
Xatırladaq ki, 8-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən “Energy” klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirmişdi. 26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.