Azərbaycanlı biznesmenin avtomobili partladılıb
20 fevral 2015 18:31 (UTC +04:00)

Azərbaycanlı biznesmenin avtomobili partladılıb

Ukraynanın Donetsk şəhərində azərbaycanlı iş adamı avtomobilində partladılaraq öldürülüb.

 

Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin BəylərovAPA-ya bildirib ki, əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan, Ukrayna vətəndaşı, 57 yaşlı C. Məmmədovun avtomobili ötən həftənin şənbə günü Donetskdə qumbaraatanla atəşə tutularaq partladılıb.

 

C. Məmmədov avtomobilin partlaması nəticəsində yanaraq ölüb.

 

30 ildən çox Ukraynada yaşamış C. Məmmədov Donetsk vilayətində sərnişindaşıma və xaricdən avtomobillərin idxalı biznesi ilə məşğul olub. O, bir müddət əvvəl Donetskdə azərbaycanlıları təmsil edən cəmiyyət də yaradaraq ona rəhbərlik edib.

 

Onun meyiti Azərbaycana göndərilərək doğulduğu rayonda dəfn olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46