Azərbaycanlı "qanuni oğru" "Butırka"da gürcü avtoriteti zərərsizləşdirdi
04 iyun 2014 13:09 (UTC +04:00)

Azərbaycanlı "qanuni oğru" "Butırka"da gürcü avtoriteti zərərsizləşdirdi


Rusiyanın məşhur “Butırka” istintaq təcridxanasında kriminal aləmdə “Cemo” ləqəbi ilə tanınan 39 yaşlı Camal Mikeladzenin taleyi həll olunub. Düşmən klandan olan opponentləri - azərbaycanlı kriminal avtoritet Vaqif Süleymanov və 30 yaşlı gürcü Zviad Ozmanovla üz-üzə gələn “Cemo” onlar tərəfindən döyülüb. APA TV-nin “Vesti.az”a istinadən yaydığı məlumata görə, “Vaqif Bakinskiy” ləqəbi ilə tanınan azərbaycanlı avtoritet Camal Mikeladzeni döyüb. Bununla bağlı həbsxanalarda yayılan “proqon”da bildirilir ki, Cemo Mikeladze “Butırka”ya gəldikdən sonra o “oğrular” arasında törətdiyi əməllərə görə mühakimə olunub, döyülüb və kriminal aləmdə bütün adlardan məhrum edilib. “Proqon”da qeyd olunur ki, “Cemo”nun taleyini onun əməllərinə uyğun olaraq azadlıqda olan oğrular həll edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2059

Oxşar yazılar