
Azərbaycanın elm ictimaiyyətinə ağır itki
0
0
Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.
Lent.az-ın məlumatına görə, fəlsəfə elmləri doktoru, professor Oruc Abdullayev ömrünün 66-cı ilində vəfat edib.
Qeyd edək ki, Oruc Abdullayev 1979-1983-cü illərdə Baki Dövlət Universitetində aspiranturada təhsili alıb. 1983-cü ildə BDU-nun fəlsəfə üzrə ixtisaslaşmış elmi şurasında namizədlik dissertasiyası, 1994-cü ildə AMEA-nın Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru, 1996-cı ildə isə professor elmi adına layiq görülüb.
1988-ci ildən Azərbaycan Texnologiya Universitetində fəlsəfə və elmi kommunizm, fəlsəfə və politologiya, 2002-ci ildən fəlsəfə və tarix kafedrasının müdiri, 1996-cı ildən 2011-ci ilə kimi tərbiyə-humanitar məsələlər üzrə prorektor işləyib.
Göstərdiyi elmi fəaliyyətinə görə mərhumun adı Azərbaycan Milli Ensiklopediyasına salınıb. Oruc müəllim Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının müxbir, Nyu-York Elmlər akademiyasının isə həqiqi üzvü olub.
Allah rəhmət eləsin!
0
0