Azərbaycanın baş infeksionistinin evindən 150 min apardılar
26 avqust 2019 15:44 (UTC +04:00)

Azərbaycanın baş infeksionistinin evindən 150 min apardılar

0
 
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min dollar (34000 manat) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
 
Qeyd edək ki, evi qarət edilən C.İsayev Azərbaycanın baş infeksionistidir.
 
C.İsayev APA-nın sorğusuna cavabında hadisəni törədən şəxslərin tutulduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 829

Oxşar yazılar