[b]Azərbaycandan Türkiyəyə gedən yolda ağır qəza:[/b] <span style="color:red;">1 ölü, 3 yaralı  - <span style="color:red;">YENİLƏNİB
03 dekabr 2016 13:27 (UTC +04:00)

[b]Azərbaycandan Türkiyəyə gedən yolda ağır qəza:[/b] 1 ölü, 3 yaralı - YENİLƏNİB

Naxçıvanda baş vermiş dəhşətli qəzada ölən və yaralananların adları müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 1-də saat 21 radələrində Sədərək rayonu ərazisində Türkiyə vətəndaşı Engin Kenan idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarında dayanmış rayon sakini Asəf Əliyevə məxsus "QAZ-3110" markalı avtomobilə vurub. Sonuncu avtomobil zərbədən yaxınlıqda dayanmış A.Əliyevə, həmyeriləri Murad Qasımova və Rauf Qaybalıyevə dəyib. Nəticədə A.Əliyev, M.Qasımov, R.Qaybalıyev və E.Kenanın 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan A.Əliyev dekabrın 2-də xəstəxanada ölüb.

 

Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.

 

 

 

 

****

 

11:27

 

Naxçıvanda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sədərəkdən Türkiyə sərhədinə gedən yolun 3-cü kilometrliyində "Renault" makalı, 36 SB 159 nömrəli və "QAZ 3110" markalı, 85 CB 157 dövlət qeydiyyat nişanlı iki minik avtomobili toqquşub. Nəticədə 4 nəfər ağır xəsarət alıb. Yaralılardan biri xəstəxanaya aparılarkən vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Nizam Rza

Oxşar yazılar