İyulun 18-də Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər vəfat edib. Lent.az xəbər verir ki, gün ərzində ölkə ərazisində ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa daha 9 nəfər yaralanıb.
Ölümlə nəticələnən qəzalar Ucar, Goranboy və Qubada qeydə alınıb.
Hər bir faktla bağlı araşdırma aparılır.