Azərbaycanda xəstə yaxınları həkimi vəhşicəsinə döyüb
29 may 2014 19:43 (UTC +04:00)

Azərbaycanda xəstə yaxınları həkimi vəhşicəsinə döyüb

 “Bu gün saat 12.30 radələrində doğuş məqsədi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına daxil olan Zərdab rayon sakini Qasımova Günel Fizuli qızının qeysəriyyə yolu ilə doğuş keçirməsinə qərar verilib.


 

Mən də xəstənin əməliyyat olunması üçün lazımı tədbirlərin görülməsinə tapşırıq verdim. Cərrahiyə otağının yaxınlığındakı otaqda digər xəstəni müayinə edərkən dəhlizdə səs-küy eşitdim. Cərrahiyə otağına yaxınlaşarkən əllərindəki xərəklə xəstəni gətirən 3-4 nəfərin əməliyyat otağının qapısını təpiklə vurduğunu, səs-küy saldığını gördüm, onlardan bu hərəkəti etməmələrini, səbrli olmalarını xahiş etdim. Əsəblərinə hakim olmayan xəstənin yaxınları isə xərəyi yerə qoyaraq mənə hücum etdilər, bir necə zərbə vurdular”.

 

Bunu Ucarda vəzifə borcunu yerinə yetirərkən xəstə yaxınları tərəfindən döyülən həkim Cavanşir Qədirov APA-nın yerli bürosuna açıqlamasında deyib.

 

Həkimin sözlərinə görə, yaxınlıqdakı şəxslərin köməkliyi ilə ona hücum edən xəstə yaxınları hadisə yerindən uzaqlaşdırılıblar.

 

“Mən baş verən xoşagəlməz hadisəyə məhəl qoymayaraq, vəzifə borcumu yerinə yetirdim, xəstəni əməliyyat etdim, onu və körpəsini ölümdən qurtardım. Əməliyyatdan sonra isə iş vaxtı vəzifə borcumu yerinə yetirərkən döyülməyimlə bağlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm” deyən C. Qədirov xəsarətlərlə əlaqədar hazırda ambulator müalicə aldığını da bildirib. 

 

 

Qeyd edək ki, baş həkim müavini Ata Hacıyevin bildirib ki, bu gün Zərdab rayon sakini Qasımova Günel Hümmət qızı doğuş keçirmək üçün ağır vəziyyətdə Ucar MRX-ya gətirilib. Doğuş təbii üsulla mümkünsüz olduğundan, qeysəriyə yolu ilə həyata keçirilməsinə qərar verilib. Əsəblərinə hakim ola bilməyən xəstənin 4-5 nəfər yaxını xəstəxananın cərrahiyyə şöbəsinin müdiri və xəstənin cərrahı Cavanşir Qədirovu döyüblər.

 

Xəsarət almasına baxmayaraq, həkim G.Qasımovanı əməliyyat edərək, öz vəzifə borcunu yerinə yetirib. A.Hacıyev xəstəxanada baş verən hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verildiyini və hazırda araşdırma aparıldığını qeyd edib.

 

G.Qasımova ilk dəfədir ana olur. Ananın da, dünyaya gətirdiyi oğlan uşağının da vəziyyətinin normaldır.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar