Gədəbəydə vəzifəli şəxs intihar edib. Lent.az-ın məlumatına görə, Talakənd kənd orta məktəbinin direktoru, kənd bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Əliyev Fəxrəddin Kamil oğlu aprelin 19-da özünü asaraq intihar edib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.