![Azərbaycanda torpaq sürüşməsi bir ailəni evsiz qoydu - FOTO](https://lent.az/storage/news/2019/april/22/big/ef94e793afb7b148eeb2c881aea1ef1f.jpg)
Azərbaycanda torpaq sürüşməsi bir ailəni evsiz qoydu - FOTO
Astarada torpaq sürüşməsi nəticəsində 70 yaşlı qadın ailəsi ilə birlikdə evsiz qalıb.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, torpaq sürüşməsi son günlərə təsadüf edən hava şəraiti ilə əlaqədardır.
Sürüşmə nəticəsində Astara rayonunun Siyəkü kənd sakini 1949-cu il təvəllüdlü Təcrübə İsgəndərovaya məxsus 3 otaqlı ev dağılıb.
Xoşagəlməz hadisə ötən gün gecə saatlarında baş verib. Aralarında 2 azyaşlının olduğu 5 nəfərlik ailədə xəsarət alan olmasa da, onlar evsiz qalıblar. Ailə qohum-qonşunun evində gecələyir.
Sürüşmə zonasında yerləşən 10-a yaxın yaşayış evi də hər an uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
Üstəlik fərdi təsərrüfatlardakı bir neçə hektar sahədə sitrus bağlarına da zərər dəyib. Bu da ev sahiblərini ciddi şəkildə narahat edir.
Kənd sakinləri tezliklə aidiyyati qurumlar tərəfindən müəyyən tədbirlərin görülməsinə ümid edirlər.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı](https://lent.az/storage/news/2024/july/26/big/66a3c5e14736e66a3c5e147370172200905766a3c5e14736566a3c5e14736a.jpg)
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 iyul 2024 , 19:48![Büroda vəkilin meyiti tapıldı - başından vurulub](https://lent.az/storage/news/2024/july/26/big/66a3b13d3fa6566a3b13d3fa6817220037734447cfb40efac2e199259b3cd6724fb3.jpg)
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 iyul 2024 , 19:46![Sumqayıtda yaşayış binasında yanğın oldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3bf70e406066a3bf70e4061172200740866a3bf70e405a66a3bf70e405d.jpeg)
Sumqayıtda yaşayış binasında yanğın oldu
26 iyul 2024 , 19:22![“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO](https://lent.az/storage/news/2024/july/26/big/66a3b91f9f22a66a3b91f9f22b172200579166a3b91f9f22466a3b91f9f227.jpg)
“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 iyul 2024 , 18:54![Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ](https://lent.az/storage/news/2024/july/26/big/66a3a2a141a3f66a3a2a141a41172200003366a3a2a141a3966a3a2a141a3d.jpg)
Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ
26 iyul 2024 , 18:41![1000-ə yaxın miqrant Rusiyadan qovulur](https://lent.az/storage/news/2024/july/26/big/66a39f5ee36a166a39f5ee36a2172199919866a39f5ee369b66a39f5ee369e.jpg)
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 iyul 2024 , 17:49![Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU](https://lent.az/storage/news/2024/july/26/big/66a339229862766a3392298628172197302666a339229862166a3392298624.jpg)
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
26 iyul 2024 , 16:57![Keçmiş nazir barın yanında öldü](https://lent.az/storage/news/2024/july/26/big/66a396d3e7eab66a396d3e7eac172199701166a396d3e7ea666a396d3e7ea9.jpg)