Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü - YENİLƏNİB
20 fevral 2017 10:12 (UTC +04:00)

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü - YENİLƏNİB

Dünən axşam saatlarında Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti dəqiqləşib. Lent.az-ın məlumatına görə, Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Qarazəncir kəndi ərazisindəki ticarət mərkəzinin qarşısında 90 FX 557 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə 90 RX 373 nömrəli “Hyundai” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü 1960-cı il təvəllüdlü Babayev Şakir Rəhim oğlu və sərnişini, 1951-ci ildə anadan olmuş Ağayev Mirəhməd Tahir oğlu vəfat edib. “Hyundai”ın sürücüsü Əsgərov Yunis Yusif oğlu isə ağır xəsarət alıb.

 

Bildirilib ki, qəzada ölən şəxslər Cəlilabad rayonun Ocaqlı kənd sakinləri olub. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışırmış.

 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

Bu gün Cəlilabad rayonunda dəhşətli yol qızası baş verib. Lent.az xəbər verir ki, Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən hissəsində - Qarazəncir və Alar kəndlərinin arasındakı ticarət mərkəzinin qarşısında iki avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən ikisi hadisə yerindəcə keçinib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

İlkin məlumata görə, qəza avtomobillərdən biri köməkçi yoldan magistral yola çıxarkən baş verib. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Nizam Rza

Oxşar yazılar