Geridə qalan həftə Azərbaycanda yol-nəqliyyat hadisələrinin və bu qəzalarda zərərçəkənlərin sayının kəskin artması ilə müşahidə edildi. Lent.az-ın məlumatına görə, keçən həftə ərzində ölkənin müxtəlif ərazilərində baş vermiş çoxsaylı qəzalar ən azı 32 nəfərin ölümünə səbəb olub. Bu qəzalarda xeyli insan da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rəqəmlər Daxili İşlər Nazirliyinin saytından götürülüb.
12 avqust - bazar ertəsi - 7 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölü, 11 yaralı.
13 avqust - çərşənbə axşamı - 12 yol-nəqliyyat hadisəsi, 6 ölü, 18 yaralı.
14 avqust - çərşənbə - 7 yol-nəqliyyat hadisəsi, 6 ölü, 9 yaralı.
15 avqust - cümə axşamı - 6 yol-nəqliyyat hadisəsi, nəticədə 2 ölü, 12 yaralı.
16 avqust - cümə - 10 yol-nəqliyyat hadisəsi, 5 ölü, 17 yaralı.
17 avqust - şənbə - 6 yol-nəqliyyat hadisəsi, 2 ölü, 10 yaralı.
18 avqust - bazar -9 yol-nəqliyyat hadisəsi, 6 ölü, 8 yaralı.