Fevralın 3-də Şabran rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Gəndob qəsəbə sakini 1955-ci il təvəllüdlü Qurbanov Vaqif Mövlud oğlu sərxoş vəziyyətdə qardaşı 1964-cü il təvəllüdlü Məmmədağa Qurbanovu bıçaqlayıb. 58 yaşlı kişi doğma qardaşının ürək və gicgah nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib. M.Qurbanov aldığı xəsarətlərdən ölüb.
V.Qurbanov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.
Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.