Polis əməkdaşı məktub yazıb özünü güllələdi
22 fevral 2015 13:43 (UTC +04:00)

Polis əməkdaşı məktub yazıb özünü güllələdi

Ağsu rayonunda polis əməkdaşı intihar edib.

 

Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb.

 

Ağsu Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayılı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.

 

Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən polis əməkdaşının xeyli miqdarda borcu olub. O, özünü öldürməzdən əvvəl məktub yazıb və iş yoldaşlarından həmin məktubu həyat yoldaşına çatdırmalarını xahiş edib.

 

İntihar edən polis əməkdaşı N.Tanrıverdiyevin iki qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar