Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib.
Lent.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ fevralın 20-də, yerli vaxtla 00:25-də Qəbələdən 21 km şimali-şərqdə, Qəbələ rayonu ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 10 km olub.