Azərbaycanda iki nəfər bədbəxt hadisənin qurbanı oldu
31 may 2014 13:16 (UTC +04:00)

Azərbaycanda iki nəfər bədbəxt hadisənin qurbanı oldu

Şamaxı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı şəhərində yaşayan Rasim Şirəliyev evinin ikinci mərtəbəsinin eyvanından aşağı düşüb. Xəstəxanaya yerləşdirilən R.Şirəliyevin həyatı xilas etmək mümkün olmayıb.

 

Xaçmaz rayonunda isə azyaşlı oğlan suda boğulub. Rayonun Çarxı kənd sakini Elgün Əliyev su arxına yıxılıb və boğularaq ölüb. E.Əliyevin meyiti sudan çıxarılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857
avatar

Oxşar yazılar