“Merac Holdinq”in prezidenti Səbuhi Əliyev həbs edilib. Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, bu günlərdə Bakıda keçirilən “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının əsas təşkilatçılarından olan S.Əliyev barəsində 24 may tarixində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bildirilir ki, ona qarşı rüşvət və dələduzluq maddələri ilə ittiham irəli sürülüb.
Səbuhi Əliyev hazırda Kürdəxanı təcridxanasında saxlanılır.