Martın 12-də Şəmkir rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Muxtariyyət qəsəbəsində 1989-cu il təvəllüdlü Şaurin Yuriy Vladimiroviç 1986-cı ildə anadan olmuş İsayev Mahir Rəhman oğlunu qətlə yetirib. Məlumata görə, saat 13 radələrində baş vermiş münaqişə nəticəsində Y.Şaurin 27 yaşlı M.İsayevin boğaz nahiyəsinə bıçaqla bir zərbə endirib. Boğazından kəsilmiş xəsarət alan gənc ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Fakt üzrə ilkin olaraq Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılsa da, sonrada iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Qətlin səbəbləri araşdırılır.