İyulun 3-nə keçən gecə Neftçala rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Uzunbabalı kənd sakini 1976-cı il təvəllüdlü Soltan Bayramov həyat yoldaşı Aynurə Bayramovanı bıçaqlayaraq qətlə yetirib. S.Bayramov həyat yoldaşının ürək nahiyəsinə bıçaqla bir zərbə endirib. Qadın hadisə yerindəcə keçinib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Qətlin səbəbləri araşdırılır.