18 iyun
1918. ADR hökuməti Ermənistana nota verərək ondan daxili işlərinə qarışmamağı tələb edib
1919. Azərbaycan Ermənistana nota göndərərək Qarabağ məsələsində Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmamağı tələb edib
1920. Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz Əfəndinin başçılıq etdiyi xalq üsyanı yatırılıb
1920. Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu III İnternasionalın Bakıda "Şərq xalqlarının qurultayını" keçirmək təklifini bəyənib. Məsələ ilə bağlı N.Nərimanov və İ.Stalinin rəylərini almaq tövsiyə olunub
1993. Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələki kəndinə gedib
1998. Azərbaycanda İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı qəbul edilib
1998. Azərbaycanda Konstitusiya məhkəməsi fəaliyyətə başlayıb
2001. Prezident Heydər Əliyev dövlət dilinin tətbiqini təkmilləşdirmək haqqında dekret verib
2009. ABŞ Konqresinin alt komitəsi Qarabağa 10 milyon dollar yardım etməyə qərar verib
2009. Hacı Allahşükür Paşazadə MDB müsəlmanları Ali Şurasının rəhbəri seçilib...