1576. Qəzvində şah sarayında toqquşmadan sonra Qahqəhə qalasında həbsdə saxlanılan II İsmayıl azad edilərək şah elan olunub
1914. Azərbaycanlı sahibkarlara məxsus mədənlərin müdiriyyəti ilə birlikdə müsəlman fəhlələrin mitinqi keçirilib.
1916. Akademik, 1959 – 1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov anadan olub
1934. Sovet İttifaqı Kommunist partiyası “Azərneftin işi haqqında" xüsusi qərar qəbul edib
1985. Tarzən Bəhram Mansurov vəfat edib
1992. Ayaz Mütəllibov təkrarən hakimiyyətə qayıdıb. Həmin gün respublikada fövqəladə vəziyyət elan edilib, Milli Şura buraxılıb, prezident seçkiləri ləğv edilib
2002. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Müqavilə imzalanıb.