5 may
1892. Şair Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu) anadan olub
1919. Azərbaycan parlamenti Bakı Fəhlə Klubunun 6 mayda başlamaq istədiyi tətilin siyasi və Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlmiş tədbir hesab olunması barədə qətnamə çıxarıb
1920. Lenin “müstəqil Azərbaycan Sovet Respublikasının” təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib
1920. Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verib
1920. Azərbaycan Kommunist Partiyası (AKP) Bakı təşkilatının Birinci ümumbakı leqal konfransı başlayıb. Konfransı kommunist partiyasının siyasətinin Azərbaycanda partiya və sovet quruculuğu üzrə əsas istiqamətlərini müəyyənləşdirib
1924. AKP-nin 6 qurultayı başlayıb
1992. Ağdam şəhərində Qarabağ uğrunda döyüşən könüllü hərbi hissə komandirlərinin müşavirəsi keçirilib.