Azərbaycanda bu gün
13 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

13 aprel 

 

1918. Zaqafqaziya seyminin iclasında hümmət təşkilatı gürcü menşevikləri dəstəkləyib. Müsəlman Sosialist Bloku isə tərəddüd edib

 

1918. Stepan Şaumyan Moskvaya – Xalq Komissarları Sovetinə hesabat göndərib. Hesabatda Şaumyan özünün rəhbərlik etdiyi mart qırğınları barədə məlumat verib

 

1921. Azərbaycan Kommunist partiyası MK-nın Siyasi və Təşkilat büroları vəziyyəti yerində aydınlaşdırmaq üçün Naxçıvana komissiya göndərməyi qərara alıb

 

1922. Azərbaycan SSR Xalq Komissarları Soveti "1922-ci ildə kənd təsərrüfatı məhsulları üzərinə ərzaq vergisi qoyulması haqqında" dekret verib

 

1944. Sovet ordusu Simferopolu azad edib.  BU döyüşlərdə azərbaycanlılar xüsusi fədakarlıq göstərib

 

1963. Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparov anadan olub

 

1972. Futbolçu Qurban Qurbanov anadan olub

 

1993. Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Protokol imzalanıb

 

1994. Erməni terrorçuların "Daqestanskiye oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partlatması nəticəsində 6 nəfər həlak olub, 3 nəfər yaralanıb

 

1998. Belçika Krallığının Baş Naziri Jan-Luk-Dehan Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində “Azərbaycan və Belçika-Lüksemburq İqtisadi Birliyi arasında Birgə Bəyannamə” və “Belçika Krallığı ilə  hava əlaqələri haqqında Saziş” imzalanıb

 

1998. Prezident Heydər Əliyev "Azərbaycan Respublikası dövlət atributlarının təbliği işini gücləndirmək haqqında" fərman verib

 

1999. Azərbaycan prezidenti Heydər Əliyev  "Atatürk Sülh Mükafatına" layiq görülüb

 

2003. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb

 

2006. Budapeşt Şəhər Məhkəməsinin hökmü ilə azərbaycanlı zabit Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilib

 

2009. Vaşinqtonda yaşayan azərbaycanlı və türklər “Erməni yalanlarına son” adlı nümayiş keçirib

 

2009. Azərbaycanda əhalinin siyahıyaalınmasına başlanıb...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar