Azərbaycanda bu gün
30 mart 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

30 mart

 

1918. Bakı Soveti hərbi dəstələri başçılarının təcili iclası keçirilib. Döyüşə başlamaq üçün Erməni Milli Şurasına və daşnak liderlərinə müraciət edilib

 

1918. Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradılıb. Komitəyə S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, S.Saakyan, M.Yolçiyan, N.Nərimanov daxil idi. İnqilabi Komitənin təşəbbüsü ilə "Evelina" gəmisinin Lənkərana yola düşməsi dayandırılıb və gəmidəki zabitlər tərksilah edilib. Eyni gündə N.Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilib, silahların qaytarılması qərara alınıb. Lakin bolşevik-daşnak koalisiyası sözünə əməl etməyib. Axşam saat 5 radələrində müsəlman əhalinin qırğını başlayıb. Qətliam 3 gün davam edib

 

1920.  Nəsib bəy Yusifbəylinin beşinci hökumət kabineti istefa verib

 

1920. Əliheydər Qarayev Dağıstanda Sovet qoşunlarının komandanı B. Şeboldayevə tamamilə başqa məzmunda teleqram göndərərək yaxın günlərdə Bakıda çevrilişə hazırlaşdıqlarını bildirib

 

1992. Azərbaycan Respublikası İraq ilə diplomatik əlaqələr qurub

 

2000. BMT-nin Kimyəvi silahlara dair konvensiyası Azərbaycanda qüvvəyə minib. Azərbaycan bu Konvensiyaya 9 noyabr 1999-da qoşulub

 

2004. Azərbaycan Respublikası Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında Konvensiyaya qoşulub

 

2009. MSK Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələrini rəsmən elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538
avatar

Oxşar yazılar