Azərbaycanda ana və 3 övladı itkin düşdü
27 avqust 2019 16:41 (UTC +04:00)

Azərbaycanda ana və 3 övladı itkin düşdü

0
Siyəzən rayonunda ana və üç azyaşlı övladı itkin düşüb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı bu il iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
 
Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.  
 
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 780

Oxşar yazılar