Aprelin 9-da Bakıda itkin düşən ana və 2 yaşlı oğlu tapılıb. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 23 yaşlı Sevinc Allahverdiyeva (adlar şərtidir) və onun 2 yaşlı oğlunun yerini müəyyənləşdirib. Aprelin 16-da hər iki şəxsin tapılması ilə bağlı onların yaxınlarına məlumat verilib.
Qeyd edək ki, aprelin 10-da 34-cü Polis Bölməsinə müraciət edən Əlövsət Allahverdiyev onunla eyni ünvanda yaşayan 23 yaşlı qızının 2 yaşlı oğlu ilə birlikdə evdən qaçdığını bildirmişdi.
*****
10 aprel
Bakıda ana və oğlu itkin düşüb. Lent.az-ın məlumatına görə, 34-cü Polis Bölməsinə müraciət edən Əlövsət Allahverdiyev (adlar şərtidir) bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 23 yaşlı Sevinc nəvəsi, 2 yaşlı Farizlə birgə martın 19-da evdən çıxıb. Onlar bir daha geri qayıtmayıblar və həmin gündən bəri barələrində xəbər almaq mümkün olmayıb.
Axtarış tədbirləri həyata keçirilir.