Azərbaycanda yol qəzası dəhşəti: <span style="color:red;">1-i uşaq, 6 ölü
09 noyabr 2015 16:14 (UTC +04:00)

Azərbaycanda yol qəzası dəhşəti: 1-i uşaq, 6 ölü

 

Azərbaycanda baş verən yol qəzaları 6 nəfərin həyatına son qoyub.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 7-də saat 15 radələrində Yevlax rayonu ərazisində Bakı şəhər sakini Emil Dadaşovun idarə etdiyi “Ford” və Bərdə rayon sakini Nazim Gəncəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə N.Gəncəliyevin sərnişinlərindən Hümbət Məmmədov hadisə yerində ölüb.

 

Noyabrın 7-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əliabbas İsgəndərov idarə etdiyi “Mercedes” markalı yük avtomobili yolun kənarında dayanmış şəhər sakini Vahid Hüseynova məxsus “VAZ-21011” markalı avtomobilə vurub. Nəticədə V.Hüseynov xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Noyabrın 7-də saat 12 radələrində Lənkəran şəhərində Sumqayıt şəhər sakini Mehman Məmmədovun idarə etdiyi “Hyundai” və rayon sakini Məhərrəm Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillər toqquşub, nəticədə M.Hüseynov xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Noyabrın 7-də saat 18 radələrində Şəki rayonunun Cəfərabad kəndində rayon sakini Azər Məmmədov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən kənd sakini Şahmar Mehdiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Noyabrın 2-də saat 14 radələrində Sumqayıt şəhərində şəhər sakini Elşad Mahmudov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən şəhərin İnşaatçılar qəsəbə sakini Fariz Xuduşovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və noyabrın 7-də orada ölüb.

 

Noyabrın 3-də saat 15 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı Sənan Muradovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq noyabrın 8-də orada ölüb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

# 189
avatar

Oxşar yazılar