Azərbaycanda 3 nəfər maşının altında qalıb öldü
21 mart 2018 10:39 (UTC +04:00)

Azərbaycanda 3 nəfər maşının altında qalıb öldü

Martın 20-də Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər vəfat edib. Lent.az xəbər verir ki, dünən ölkə yollarında ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən şəxslərdən başqa daha 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Ölümlə nəticələnən hadisələr Ağsu, Goranboy və Biləsuvar rayonunda qeydə alınıb. Hər 3 hadisədə avtomobillər piyadanı vuraraq öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327

Oxşar yazılar