Azərbaycanda 3 avtomobili qaçırmış 7 nəfər tutuldu
15 noyabr 2017 11:34 (UTC +04:00)

Azərbaycanda 3 avtomobili qaçırmış 7 nəfər tutuldu

Ötən gün respublikanın ərazi polis orqanları tərəfindən qeydə alınan avtomobil qaçırmaları faktları “isti izlər”lə açılıb və bu əməlləri törədənlər məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 14-də saat 2.00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndindən kənd sakini Mikayıl Nəsirova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 4.00 radələrində tapılıb və onu qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakinləri Fərid Məmmədzadə, Rəşadət Fəttahov və əvvəllər məhkum olunmuş Ağalar Səfərov tutulublar.

 

Noyabrın 14-də saat 7.00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndindən kənd sakini Rövşən Mehdiyevə məxsus “QAZ-31029” avtomobilin qaçırılması barədə RPŞ-yə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Qaçırılan maşının Qax rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilib. Zaqatala və Qax RPŞ-lərin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Qax rayonunun Əmircan kəndi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Zaqatala şəhər sakini Rüstəm Əlizadə tutulub.

 

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 13-də Bakı şəhər sakini Namiq Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri olan 3 yeniyetmə saxlanılıb. Noyabrın 12-də Bakı şəhər sakini Vüsal Rəhimova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus “Ford” markalı avtomobili qaçırması da müəyyən edilib.

 

Göstərilən faktlarla bağlı müvafiq araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28