Şamaxı rayonunda qətlə yetirilən şəxsin həyat yoldaşı da güllə yaraları alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Natiq Binyətov Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib.
Hadisə zamanı Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Hacıyeva da əlindən, qolundan və ayağından güllə yaraları alıb.
Qətli törədən və qətlə yetirilən şəxs Acıdərə kəndinin ərazisində yerləşən qonşu fermaların çobanlarıdır.
İnsidentə mal-qara oğurluğuna görə yaranan mübahisənin səbəb olduğu bildirilir.
***
Şamaxı rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, Acıdərə kəndi ərazisində 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirinbala oğlu 1980-cı il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyərək öldürüb.
Hadisəni törədən N.Binyətov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb, araşdırma aparılır.