Mayın 4-də Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Ulacalı kənd sakini Arzu Quliyeva evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Oxşar hadisə mayın 4-də Lerik rayonunda da baş verib. Rayon sakini Nəsibə Rzayeva evindən qidadan zəhərlənmə ilə Cəlilabad rayonu Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Qadının həyatını xilas etmək mümkün olmayıb.